Azərbaycanda son sutkada 799 nəfər virusa yoluxub, 26 nəfər vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutkada 799 nəfər virusa yoluxub, 26 nəfər vəfat edib

Sağlamlıq

06 Yanvar 2021 17:08 822


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib, aktiv xəstə sayı 17 786 nəfərdir. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, ötən müddət ərzində isə ümumilikdə 2 231 993 test aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!