“Azərbaycan reallığında əyləncə istiqaməti informasiya əldə etmə,istiqaməti özünü tanıtma istiqaməti daha güclüdür. Ona görə də, sosial medianın biznes tərəfindən yaxşı istifadə edə bilmirik”.
Bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
“Xaricdə isə bu əksinədir, sosial şəbəkə sabit gəlir mənbəyinə çevirənlər var. Bunu ölkəmizdə tətbiq edə bilməməyimizin səbəbi rəqəmsal bazarın, auditoriyanın kiçikliyidir. Məsələn, Türkiyə, Rusiya və digər ölkələrin auditoriyaları böyükdür və böyük biznes qurma asandır. Rəqəmsal biznes üçün hazırda ölkəmizdə “Facebook”, “Instagram” və s. sosial media istifadəçilərinin sayı təxminən 4-5 milyondur, ancaq bu göstərici rəqəmsal biznes üçün çox aşağıdır. Bu da onu göstərir ki, Azərbaycan bazarında rəqəmsal biznes qurmaq riskli olar”, – deyə ekspert izah edib. Dördpendirli pizza
Osman Gündüz əlavə edib:
“Ümumiyyətlə, Azərbaycanda pul qazanmaq üçün rəqəmsal bankçılıqla bağlı problemlər çoxdur. Sosial medianın biznesdə söykənəcəyi yer bankçılıqdır. Sosial media üzərindən qanunu xidmət göstərib pul əldə etmək üçün rəqəmsal bankçılıqdan istifadə olunması mütləqdir. Rəqəmsal bankçılıqla bağlı bir neçə xidmət var, məsələn, dünyaca məşhur “PayPal” var. Bu, Azərbaycanda mümkündür. Amma kimsə “PayPal”ya pul ödəyib, həm xaricdə, həm də Azərbaycanda xidməti ala bilər. Amma Azərbaycanda bu sistem yarımçıqdır. Yəni ölkəmizdə oxşar xidməti göstərib ödəniş ala bilmirsən, bu, qanunla qadağandır.
Rəqəmsal bankçılıqda ən ciddi problem odur ki, 8 ildir, bəlkə də daha çox Azərbaycanda “Ödəniş sistemləri və ödəniş xidmətləri” haqqında qanun layihəsi müzakirə olunur, ancaq qəbul edilmir. Hər il bankçılıqla bağlı forum keçirilir, hər il də deyilir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri” ilə bağlı qanun layihəsi tezliklə Milli Məclisə veriləcək, amma nəticə yoxdur. Bankçılıq sektorunda olan bu problem dolaysı ilə rəqəmsal biznesdə irəliliyişə maneə törədir”.
“Hazırda sosial mediadan pul qazananlar sadə qaydada məhsulu yerləşdirirlər, ödəniş isə görüşlər, dolayı yolla karta pul köçürülmə yoluyla ödənilir. Bəzən fırıldaqçılar olur, vətəndaş ziyan çəkir, bəzən dövlətə vergi ödənmir, dövlət ziyan çəkir. Qanuni yol ilə, yəni qeydiyyata alınmaqla, bank hesablarının açılması ilə tənzimləmə təəssüf ki, yoxdur”.
Ayzel
Telegram kanalımız