Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.
TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 7106 test edildiyi bildirilib.
Məlumata görə, indiyə qədər Azərbaycanda 468 967 test aparılıb. pizza hut
Xatırladaq ki, bu günə qədər ölkəmizdə 16 424 nəfər koronavirusa yoluxub. 198 nəfər ölüb, 9026-sı isə sağalıb. Hazırda 7200 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.
Həmin şəxslərdən 209 nəfərin vəziyyəti ağırdır, 36 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.
Telegram kanalımız