Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 5-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7179 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 956 492 test aparılıb. Onlardan 37 192-sinin cavabı pozitiv çıxıb. İndiyədək 545 nəfər COVID-19-dan dünyasını dəyişib, 34 565 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2082 nəfərdir. 131 nəfər reanimasiyada, 12 nəfər süni tənəffüs cihazındadır. pizza hut
Xatırladaq ki, bu gün Azərbaycanda 161 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 146 pasiyent sağalıb.
Telegram kanalımız