Azərbaycanda sürücülük vəsiqələri müddətsiz veriləcək?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sürücülük vəsiqələri müddətsiz veriləcək? - AÇIQLAMA

Sosial

11 İyun 2026 23:17 2644


Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş 18 yaşını tamamlamalı, sürücülük məktəbində təlim keçməli, imtahan verməli və sağlamlıq haqqında arayış təqdim etməlidir.

Mövcud qaydalara əsasən, bütün tələbləri yerinə yetirən şəxslər sürücülük vəsiqəsi əldə edirlər.

Bəs bu vəsiqənin müddətsiz verilməsi nə dərəcədə doğrudur və mümkündürmü? Dominos pizza

"Yeni Sabah" xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun Baku TV-yə bildirdiyinə görə, sürücülük hüququnun müəyyənləşdirilməsində əsas meyar yaş deyil, şəxsin sağlamlıq vəziyyətidir.

O bildirib ki, 70 yaşdan yuxarı sürücülər hər iki ildən bir tibbi müayinədən keçərək sağlamlıq haqqında arayış təqdim etməlidirlər.

Ekspert Elməddin Muradlı da hesab edir ki, sürücülük hüququ yaşa görə deyil, sağlamlıq göstəricilərinə əsasən qiymətləndirilməlidir. Onun fikrincə, görmə qabiliyyəti, psixoloji və fiziki vəziyyəti sürücülük üçün uyğun olan şəxslərin hüquqları məhdudlaşdırılmamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fayaz
    Salam vesiqenin mudetsiz edseler cox ela olar
    18 days ago