Azərbaycanda tanınmış jurnalist evini şəhid anasına bağışladı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tanınmış jurnalist evini şəhid anasına bağışladı - Foto

Maraqlı

18 Avqust 2021 13:40 2033


Tanınmış jurnalist Şakir Eminbəyli "Jurnalistlər binası"ndakı mənzilini şəhid anasına hədiyyə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Paylaşımda deyilir:  “Şəhid Yusif Budaqovun anası Lətafət xanım!  pizza sifarişi

Yusifin mərdliyi, qəhrəmanlığı və şəhadəti qarşılığında hər nə etsək, azdır... Yeni mənzilinizdə sağlam və gözəl ömür yaşamağınızı arzu edirəm”.

Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. O, evin tək övladı olub. İkinci Vətən müharibəsində iştirak edən Yusif Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun ailəsi Bakıda kirayədə yaşayıb.

Xatırladaq ki, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli bir müddət öncə prezidentin 2017-ci ildə ona hədiyyə etdiyi mənzili şəhid ailəsinə bağışlayacağını demişdi. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!