Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi

Azərbaycanda universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi

Sosial Veb saytların hazırlanması

24 Noyabr 2022 13:47 60242


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib. 

Bu barədə "Report"a ali məktəbdən məlumat verilib.

Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azad
    Allah rəhmət eləsin. Ənvər müəllim həm gözəl insan, görkəmli alim, həm də tanınmış pedaqoq idi. Qəbri nurla dolsun. Ənvər müəllimin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
    1 year ago