Azərbaycanda uşaqlarla bağlı araşdırma nələri üzə çıxardı?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda uşaqlarla bağlı araşdırma nələri üzə çıxardı?

Sosial

10 Fevral 2026 13:19 395


Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5%-i övladının sosial mediadan istifadə etdiyini, 36,5%-i isə istifadə etmədiyini bildirir. 

"Yeni Sabah" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məcllsin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin fevralın 10-da keçirilən iclasında deyib. 

O vurğulayıb ki, internet və sosial mediadan asılılıq mövzusu indi bir nömrəli məsələyə çevrilib: "Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı övladı olan ailələrin çoxunda uşaqlar faktiki olaraq, sosial mediadan istifadə edir.  pizza

Sorğunun nəticələrinə əsasən, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır. Başqa sözlə, uşaqlar video və mesajlaşma yönümlü platformalardan istifadə edir. Orta və aşağı səviyyədə istifadə olunan platformalar kimi "Instagram" (19.1%), "Snapchat" (9.6%), "Facebook" (8.5%), "Telegram" (5.3%), "X" (Twitter - 2.1%) növbəti yerlərdə dayanır.

Uşaqların 18.1%-i sosial mediada gündəlik təqribən 5 saat və daha çox vaxt keçirir. Onların 24.5%-i sosial mediaya gündəlik 3-4 saat, 31.9%-i 1-2 saat və 22.3%-i 1 saatdan az vaxt ayırır.

Yeri gəlmişkən, süni zəka texnologiyaları ilə yayılan qısa videoçarxlar - reels, shorts və s. uşaqlara zorakılığı təlqin edir, silah və kriminal submədəniyyətlər aşılayır, aqresivliyi  normalaşdırır. Qanuni oğrular və avtoritetlər Vətən müharibəsi qəhrəmanlarından daha çox təbliğ edilir. Halbuki minlərlə istedadlı uşaqların uğur hekəyələrini tirajlamaq Zəfərimizi təhsildə davam etdirmək deməkdir.

Sorğuya cəlb edilən şagird respondentlərin yalnız 10.5%-i son 3 ildə məktəb psixoloquna müraciət etdiyini və bunun ona faydasının olduğunu bildirib. 86.4% respondent ehtiyac duymadığına görə məktəb psixoloquna müraciət etməyib. Lakin məktəb psixoloqlarını hazırlayan təhsilin özünü gücləndirmək xüsusi bir vəzifədir.

“Uşaq hüquqları haqqında” qanun barədə məlumatlılıq səviyyəsi 52,6%-dir, məlumatsız kəsim rəyi öyrənilənlərin 47,4%-ni təşkil edir.

Rəyi öyrənilənlərin 62,2%-i məktəbdə onun hüquqları haqqında məlumat verilən fənnin tədris olunduğunu qeyd etdiyi halda, hər dörd respondentdən biri (29,7%) əks mövqedə qərarlaşıb.

Uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ilə bağlı məlumatlılıq səviyyəsi respondentlərin 48,6%-ni təşkil edir, əks mövqedə qərarlaşanlar ümumi rəyi öyrənilənlərin 51,4%-ni əhatə edir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!