Azərbaycanda bugünədək koronavirus pandemiyası ilə əlaqədar 343 min 391 nəfər testdən keçib. Nəticəyə əsasən, 7 min 876 nəfər koronavirusa yoluxub. Onlardan 4 min 377 nəfərin müalicə alaraq sağalıb, 93 nəfər isə həyatını itirib. Hazırda aktiv xəstə sayı isə 3 min 406-dır.
Maraqlıdır, qonşu ölkələrdə vəziyyət necədir?
Yenisabah.az xəbər verir ki, işğalçı Ermənistanda ümumilikdə 13 min 675 nəfərdə COVID-19 simtomları aşkarlanıb, onlardan 291 nəfər ölüb. Sağalanların sayı 4 min 451 nəfərdir. Bu rəqəmlərə diqqət etdikdə və Ermənistanın əhalisinin sayını nəzərə aldıqda ölkənin virusla mübarizə siyasətinin heç də uğurlu olmadığını, bu məsələdə də Azərbaycandan geridə qaldığını görürük. pizza sifarişi
Gürcüstanın koronavirusla mübarizə siyasəti nəticəsində bu günə qədər yoluxanların sayı 2 nəfər artaraq 812-yə çatıb. Onlardan 683 nəfər sağalıb, 13 nəfər isə vəfat edib. Hazırda ölkə üzrə karantində 2 902, stasionar nəzarətdə isə 249 nəfər saxlanılır.
Türkiyədə vəziyyət daha gərgindir. Təbii burada əhalinin sayı da mühüm rol oynayır. Ölkədə bugünədək 2 milyon 377 min 954 test edilib. Bu test nəticələrinə əsasən, 171 min 121 nəfərin COVID-19 daşıyıcısı olduğu müəyyənləşib. Onlardan 141 min 380 nəfər sağalaraq təxliyə edilib, 4 min 711 nəfər isə virusun qurbanı olub. Geridə qalan aktiv virus daşıyıcılarından 625 nəfər hazırda müalicəsini reanimasiyada davam etdirir.
İranda virus daşıyıcılarının sayı Türkiyə ilə təxminən eynidir. Belə ki, bugünədək İranda 173 min 832 nəfər virusa yoluxub, 8 min 351 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 136 min 360 nəfər sağalaraq evə buraxılıb. Hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 619 nəfərin vəziyyəti isə ağırdır.
Rusiyada isə hazırda acınacaqlı vəziyyət yaşanır. Ölkədə gün ərzində virusa yoluxanların sayı ölkəmizdəki ümumi virus daşıyıcılarının sayından çoxdur. Ümumilikdə pandemiya daşıyıcılarının sayı 485 min 253-ə çatıb. Onlardan 6 min 142 nəfər isə virus səbəbilə ölüb. Sağalanların sayı isə 242 min 397 nəfərdir.
Sayad Həsənli
Telegram kanalımız