"Əvvəlcədən də qeyd etdiyimiz kimi, ilk gündən ölkəmiz koronavirusla bağlı şəffaf məlumatları paylaşır".
Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, vəfat edən şəxslərin adına qəsdən koronavirus xəstəliyinin yazılması ilə bağlı yayılan xəbərlərə cavab verib:
"Belə məlumatlara heç kim inanmasın. Operativ Qərargahın yaydığı məlumatlarını əsas mənbə kimi qəbul edin. O cür yalan məlumatlar yayanlarla da mübarizə aparmaq lazımdır." Marqarita pizza
Telegram kanalımız