Azərbaycanda vergidən yayınanlar ifşa olunacaq - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vergidən yayınanlar ifşa olunacaq - Video

İqtisadiyyat

06 Yanvar 2020 07:01 1185


Vergi ödənişi zamanı qaydaları gözardı edən və üzərində şübhə qalan ödəyiciləri hamı tanıyacaq. Bu, Vergi Məcəlləsinə əlavə edilən son dəyişikliklərdə öz əksini tapıb.

“Yeni Sabah” Xəzər TV-yə istinadla xəbər verir ki, riskli vergi ödəyiciləri barədə məlumat kommersiya sirri kateqoriyasına aid edilməyəcək. Onların siyahıları Dövlət Vergi Xidmətinin internet saytında açıqlanacaq və hər bir vergi ödəyicisi başqa bir vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahılarda mövcud olub-olmaması ilə bağlı araşdırma aparacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu dəyişiklikdə əsas məqsəd qanuni iqtisadiyyatın dairəsinin genişləndirilməsidir. Pepperoni pizza

Eskpert qeyd edir ki, vergidən toplanan vəsaitlər bütün vətəndaşların həyat şəraitinə təsir etdiyindən riskli vergi ödəyicilərinin adının ictimailəşdirilməsi önəmlidir. Bu həm də ödəyicilərin bir növ imic məsələsinə çevriləcək.

Rəşad Həsənov bildirir ki, növbəti mərhələ kimi həmin şəxslərin dövlət satınalmalarından uzaqlaşdırılması da həyata keçirilə bilər. Bu isə maliyyə fəaliyyəti şəffaf olmayan şəxslərin dövlət satınalmalarının sonrakı risklərini öncədən aradan qaldırmış olar.

Qeyd edək ki, hansı şəxslərin riskli vergi ödəyicisi olmasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edəcək. Onların həmin siyahılardan çıxarılması qərarını da Dövlət Vergi Xidməti verəcək. Riskli vergi ödəyiciləri çatışmazlıqları aradan qaldırmasalar onların barəsində maliyyə sanksiyaları da tətbiq oluna bilər. Buna görə ekspertlər vergi ödəyicilərinə bu siyahılara düşməmək üçün şəffaf vergi hesabatları ilə işləməyi tövsiyə edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!