Azərbaycanda vətəndaşın ölüm faktı 63 il sonra təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vətəndaşın ölüm faktı 63 il sonra təsdiqləndi

Kriminal

14 Oktyabr 2025 18:16 288


Azərbaycanda 1962-ci ildə vəfat edən şəxsin ölüm faktı 63 il sonra təsdiqlənib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi 13 oktyabr 2025-ci ildə qərar qəbul edib.

Belə ki, ərizəçi Babək rayonu Badaşqan kəndində anadan olan əmisinin (kimliyi ictimaiyyətə açıqlanmayıb) 1962-ci ildə Babək rayonu Badaşqan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. O bildirib ki, əmisi 1962-ci ildə Babək rayonu Badaşqan kəndində ölüb və həmin kənd qəbiristanlığında dəfn edilib. Əmisi vəfat etdikdən sonra ölümünü təsdiq edən tibbi arayış alınmadığına görə onun ölümü faktı müvafiq qurum tərəfindən rəsmiləşdirilməyib. pizza hut

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 1962-ci il tarixdə Babək rayonu, Badaşqan kəndində ölməsi faktı müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!