Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib.
“Yeni Sabah”ın xəbərinə görə, şəhər sakini Coşqun Rəhimov Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qəfil vəfat edib.
Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib. Dominos pizza
Məlumata görə, Coşqunun atası Tofiq Rəhimov Mingəçevir Avtovağzalının direktorudur. Coşqun da orada çalışırmış və hadisə o, iş başında olarkən baş verib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)
Telegram kanalımız