Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

İqtisadiyyat

09 Aprel 2025 17:29 354


Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu gün keçirilən iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihədə aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir: Marqarita pizza

•    Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat

•    Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat

•    Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat

•    Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat

•    Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat

•    Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!