Azərbaycanda yeni medal təsis edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni medal təsis edildi

Siyasət

14 Yanvar 2023 15:55 914


Azərbaycanda daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edilib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif ediləcəklər. pizza hut

Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!