Azərbaycanda yeni medal təsis edilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni medal təsis edilir

Siyasət

30 Sentyabr 2019 13:01 958


Azərbaycanda yeni medal təsis edilir.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.

Təklifə əsasən, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) yubiley medalı təsis edilməlidir. Medal ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar.  Pepperoni pizza

Sənəd Milli Məclisin sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!