Azərbaycanda yenidən SMS icazə sisteminə keçirilə bilər -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yenidən SMS icazə sisteminə keçirilə bilər - AÇIQLAMA

Sağlamlıq

21 Oktyabr 2020 18:51 3337


Xəbər verdiyimiz kimi yoluxanların sayı kəskin artıb. Belə ki, bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölənlərin sayı isə 7-yə çatıb. Yoluxanların sayının artmaması üçün yenidən SMS icazə sisteminə keçirilə bilərmi?

Yenisabah.az xəbər verir ki, professor Adil Qeybulla bildirib ki, SMS icazənin yenidən tədbiq edilməsi gözləniləndir:

"Karantin rejimi yenidən sərtləşdirilə bilər. Yoluxmaların sayının daha çox artmaması üçün sərt karantin tədbirlərinin görülməsi vacibdir. İnsanların bir-birilə təmasları məhdudlaşdırılmalıdır. Bilirsiniz ki, orta məktəblər və metro bağlanıldı. Bunun özü də karantin rejiminin sərtləşdirilməsidir. Hətta evdə qalmağa qədər karantin rejimi sərtləşdirilə bilər. Marqarita pizza

İnsanlarımız başa düşməlidir ki, indiki dövrdə karantin davranışılarına əməl etmək və vətəndaş məsuliyyətini ortaya qoymaq vacibdir. Əlbəttə ki, məsuliyyətsiz davrannışlar yoluxmaların sayını 700-ü keçməsinə səbəb oldu. Ən təhlükəli məqam isə bu xəstəliyin ön cəbhəyə keçməsidir. Ona görə də lazım olan bütün tədbirləri görməliyik".  /Sonxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!