Azərbaycanda yol polisi piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yol polisi piyadanı vurdu

Kriminal

16 Yanvar 2023 08:28 1281


Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. pizza mizza

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!