Azərbaycanda yumurta bahalaşacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yumurta bahalaşacaq?

Sosial

01 May 2019 12:24 934


“Rəsmi statistikaya əsasən, ölkənin yumurtaya olan tələbatı 100.5 faiz həcmindədir, yəni, tam ödənilirsə də quş ətinə olan tələbatın təmin olunmasında kəsir var. Yerli istehsalın təxminən 79 faizi quş ətinə olan tələbatı ödəyir”. 

Bu sözləri “Yeni Sabah”a kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib. O bildirib ki, Azərbaycanda təxminən 1 ildə 1 milyard 714 milyon ədəd yumurta istehsal olunur:

“Ölkənin əsas problemi quş əti ilə bağlıdır. Hazırda 104 min ton quş əti istehsal olunur, amma reallıqda bu, 131 min ton olmalı idi ki, ölkə əhalisini tam təmin etsin. Əgər rəsmi rəqəmlərin doğruluğuna inansaq, ölkəyə ildə 21 min ton quş əti idxal olunur. 4 min ton da hindquşu və digər bu qrupdan olan ət idxal olunur. Ümumilikdə il ərzində ölkəyə 2 milyarddan çox bir-iki günlük cücələr gətirilir. Bizim bu prosesə il ərzində xərclədiyimiz ümumi vəsait 27 milyon dollar civarındadır". Marqarita pizza

Qeyd edək ki, Hacıqabul quşçuluq fabriki bu aydan etibarən Qətərə yumurta ixracına başlayıb.Tədarük həcmi 1000 bağlama və ya 36 min ədəd yumurta təşkil edib. Tədarük həcminin 40-45 min ədədədək artırmağı planlaşdırıldığı bildirilib.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!