Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti uzadılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti uzadılır

Maraqlı

13 Noyabr 2023 13:55 696


Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib. 

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək.  pizza sifarişi

Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. 

Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək. 

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib. 

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!