Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - Video

Siyasət

07 May 2024 01:32 1412


İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətli şəkildə həyata keçirilir. Yeni layihələr icra olunur.

Onlardan biri də Horadiz-Ağbənd dəmir yolu xəttidir.

Hazırda işlər mərhələli şəkildə davam edir. pizza hut

Qeyd edək ki, 2021-ci ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir.

Layihə çərçivəsində doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), üç ədəd tunel, 41 ədəd körpü, üç ədəd qalereya, yeddi ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Ətraflı “AzTV Xəbər”in süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!