Avropa Kosmik Agentliyinin (ESA) baş direktoru Yohan-Ditrix Vörner Avropa ölkələrini kosmik missiyalara daha çox diqqət yetirməyə çağırıb.
“Yeni Sabah” Reuters agentliyinə istinadla xəbər verir ki, İspaniyanın Sevilya şəhərində keçirilən ESA-nın Şurasının iclasında çıxış edən baş direktor əlavə edib ki, kosmik missiyaların təşkilinə qoyulan sərmayələr hər bir ölkənin gələcəyi üçün böyük əhəmiyyətə malikdir.
ESA-nın rəhbəri əlavə edib: “Biz kosmik seqmentin dəyişdiyini bilirik. İndi bizim qarşımızda çoxlu çağırışlar var. Əlbəttə, əsas məsələ bu məqsədlər üçün nə qədər pul lazım olmasıdır. Biz vətəndaşlardan da onların kosmik missiyalara hansı məbləği ödəmək istədiklərini soruşmuşuq. Belə ki, 5 min insan arasında sorğu aparmışıq, lakin bu məsələdə daha çox avropalının rəyini öyrənmək istəyirik”. pizza sifarişi
Vörner vətəndaşlara hər il Avropada kosmos fəaliyyəti üçün hansı məbləği ödəmək istədikləri barədə sualla müraciət edərək deyib: “Sorğu nəticəsində əldə etdiyimiz məlumat ondan ibarətdir ki, Avropanın hər bir vətəndaşının 287 avro ödəməsi məqsəd kimi götürülməlidir. Bu, mənim düşündüyüm hədəf və bizə lazım olan məbləğdir. Amma hazırda biz hər vətəndaşdan cəmi 8 avro istəyirik”.
Baş direktor əlavə edib ki, ESA Avropa İttifaqı dövlətlərindən gələcək kosmik missiyalara, proqram və layihələrə 15 milyard avro ayırmalarını xahiş edib.
Azərbaycanın kosmik peyklərinin Fransız Qvianasından buraxıldığını, peykin orbitə çıxarılması ilə Fransanın “Arianespace” şirkətinin məşğul olduğunu nəzərə alsaq ölkəmizin bir sıra Avropa şirkətləri ilə əməkdaşlığı daha genişlənə bilər.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” kosmik tədqiqatların həyata keçirilməsi istiqamətində müəyyən addımlar atır.
Bu sahədə Avropa şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ötən il Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES) və "Avropa Kosmik Agentliyi”nin (ESA) prezidenti Jan-Iv Lö Gol Azərbaycana səfər edib.
Səfər çərçivəsində Jan-Iv Lö Gol “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib.
Jan-Iv Lö Gola kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos”un nəzdində qurulan Tədqiqat və İnkişaf Mərkəzi barəsində ətraflı məlumat verilib.
Görüşdə həmçinin Fransanın “Arianespace” şirkəti ilə “Azərkosmos” arasında Yer səthinin məsafədən müşahidəsi sahəsində qurulan əməkdaşlıq və “Azerspace-1” peykinin Fransaya məxsus “Ariane-5” raketi ilə uğurla orbitə buraxılması vurğulanıb.
Görüş əsnasında Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” və “Azərkosmos” ilə tədqiqat və inkişaf sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Yaxın müddətdə bu sahədə konkret layihələrin müəyyən olunmasına dair razılıq əldə olunub.
Telegram kanalımız