Azərbaycanın bu bölgəsində koronavirusa görə polis nəzarəti gücləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu bölgəsində koronavirusa görə polis nəzarəti gücləndirildi

Rəsmi

22 İyun 2020 18:24 1094


Cəlilabad rayonunun koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərində polis nəzarəti gücləndirilib.

Yenisabah.az xəbər verir ki, bununla yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi ilk iki gün ərzində 10 nəfərin xüsusi karantin rejimi qaydalarını pozduğu aşkarlanıb. Həmin şəxslər barəsində inzibati cərimələr tətbiq edilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işlərinə start verilib. Sezar pizza

Bu məqsədlə komunal xidmətin texnikaları ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı texnikaları dezinfeksiya işlərinin aparıldığı əraziyə cəlb olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Cəlilabad rayonunun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub.

Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib.  Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib.

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiq edilib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!