Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci oldu

İdman

07 Aprel 2025 00:09 327


Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İkinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər. Sezar pizza

Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə -81 kq çəkidə gümüş medala sahibi olub.

Qadınlar arasında - 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. -57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal əlavə edib.

İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdı.

Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!