Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazandı

İdman

13 Aprel 2025 22:20 485


Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Yenisabah.az xəbər verir ki, 82 kq çəki dərəcəsində yarışan idmançı macarıstanlı rəqibi Erik Silvassini məğlub edib.

Görüşdə 6:0 hesabı ilə qalib gələn Q.Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, güləşçinin böyüklər arasında ilk Avropa çempionluğu olub. Toyuqlu pizza

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!