Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - Foto

Mədəniyyət

09 Avqust 2022 21:58 2941


Kino rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif Məhərrəmov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib.

Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Sezar pizza

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!