Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avropa çempionatında birinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın gənclərdən ibarət cüdo millisi Avropa çempionatında birinci oldu

İdman

06 Sentyabr 2025 22:07 367


Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatını 3 medalla tamamlayıb.

Yenisabah.az xəbər verir ki, ilk yarış günündə Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Nizami İmranov (66 kq) isə turniri bürünc medalla tamamlayıb. Dominos pizza

Daha əvvəl yeniyetmələr arasında 2 qat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kq çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.

Qeyd edək ki, Fərid Qarayev (60 kq) yarışı 5-ci, Əbil Yusubov 7-ci pillədə başa vurublar.

Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!