Azərbaycanın gömrük postlarında 1 800-dən çox yük maşını gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın gömrük postlarında 1 800-dən çox yük maşını gözləyir

Maraqlı

09 Dekabr 2023 15:00 997


Hazırda Azərbaycanın gömrük postlarında 1 840 yük maşını gözləmədədir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bunun 240-ı “Astara” gömrük postunda, 130-u “Biləsuvar” gömrük postunda, 1 300-ü “Qırmızı Körpü” gömrük postunda, 90-ı “Mazımqara” gömrük postunda, 67-si “Samur” gömrük postunda və 13-ü “Xanoba” gömrük postunda gözləyir. pizza mizza

Bildirilib ki, ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.

Məlumatda deyilir ki, Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!