Azərbaycanın hərbi xərcləri azalıb - İqtisadçı-alim

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın hərbi xərcləri azalıb - İqtisadçı-alim

Sosial

19 Sentyabr 2024 10:50 247


Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə baxmayaraq, Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayırmaqda davam edəcək.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına isə Azərbaycanın dövlət büdcəsindən gələn il 4.0 milyard manat (2.352 milyard dollar) ayrılacaq: pizza

"Bu, işğaldan azad olunan ərazilərimizdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiq edir. Bu, həmçinin Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsi anlamına gəlir".

Azərbaycan müstəqillik illərində ilk dəfədir ki, hərbi xərclərini azaldır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!