Azərbaycanın humanitar yardımı Ukraynaya çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın humanitar yardımı Ukraynaya çatdırıldı

Maraqlı

09 Noyabr 2023 11:20 875


Azərbaycandan Ukraynaya göndərilən növbəti humanitar yardım ünvana çatdırılıb. 

Yenisabah.az xəbər verir ki, Ukraynanın Xmelnitski vilayətində humanitar yardımın təhvilvermə mərasimi keçirilib. 

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, Ukrayna Energetika Nazirliyinin nümayəndəsi Petro Lutsiv, KİV nümayəndələri iştirak ediblər.  Pepperoni pizza

Tədbirdə açıqlama verən Sabir Rzayev bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib. 

Ukrayna Energetika Nazirliyinin nümayəndəsi Petro Lutsiv göstərdiyi növbəti yardıma görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!