Azərbaycanın iki güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
Yenisabah.az xəbər verir ki, əvvəlcə 60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli finalda serbiyalı Georgi Tibilovu məğlub edib - 7:3.
N.Məmmədli 2-ci dəfə Avropa çempionu adını qazanıb. pizza hut
Daha sonra tatamiyə çıxan Həsrət Cəfərov da eyni uğuru təkrarlayıb. O, finalda bolqarıstanlı Abu Muslim Amayevə 7:1 hesabı ilə qalib gəlib.
H.Cəfərov 3-cü dəfə Avropa çempionu olub.
Telegram kanalımız