Azərbaycanın istehsal etdiyi tibbi maskalar nə vaxt satışa çıxarılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın istehsal etdiyi tibbi maskalar nə vaxt satışa çıxarılacaq?

İqtisadiyyat

07 Aprel 2020 12:28 900


Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

Yenisabah.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artın yerli istehsalın işə salınması idxaldan asılılığın aradan qaldıracaq. Dominos pizza

"Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan etmişdirlər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilində zəmin yaratdı", - deyə nazir müavini qeyd edib.

Nazir müavini onu da əlavə edib ki, müəssisədə istehsal olunan tibbi maskalar gələn həftədən etibarən satışa çıxarılacaq. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!