Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxundu

Kriminal

05 İyun 2025 17:12 401


Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirməkdə təqsirləndirilən şəxslər - Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zaur Əsgərov 5 il 6 ay, Gündüz Mirzəyev isə 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Toyuqlu pizza

İttihama görə, təqsirləndirilən şəxslər "Azərbaycan naminə birliyi" və "AXCP-nin dostluq qrupu" adlı "Whatsap" qruplarında Azərbaycanın konstitusiya quruluşuna və dövlət eleyhinə açıq çağırışlar edərək insanları cihada dəvət ediblər. Onlar hakimiyyət nümayəndələrinə qarşı təhqiramiz sözlər işlədiblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!