Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan azərbaycanlılara müraciət

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan azərbaycanlılara müraciət

Siyasət

15 May 2021 11:34 1045


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Amerikada yaşayan azərbaycanlılara müraciət edib.

Məlumatlara görə, Los Ancelesdə və ümumilikdə Kaliforniyanın digər şəhərlərində yaşayan erməni ekstremistləri Azərbaycana qarşı nümayişlər və digər təxribat xarakterli tədbirlər planlaşdırır. Soydaşlarımızdan təmkinli və ehtiyatlı olmağı, təxribatlara uymamağı, belə mənasız nümayişlərə önəm verməməyi xahiş edirik. Azərbaycan həqiqətlərinin yerli ABŞ ictimaiyyətinə müxtəlif müstəvilərdə çatdırılması işi həm Baş Konsulluq, həm də icmamız tərəfindən uğurla davam etdirilir.

Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa office@azconsulatela.org email ünvanı və ya 1 (310) 444-9101 telefon nömrəsi vasitəsilə dərhal məlumat verilməsini soydaşlarımızdan rica edirik. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!