Azərbaycanın neft imtahanı: Kəsinti hansı nəticələrə səbəb olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın neft imtahanı: Kəsinti hansı nəticələrə səbəb olacaq?

İqtisadiyyat

02 May 2020 12:35 1087


Mayın 1-i səhər saatlarında neft hasilatı kvotalarının azaldılması ilə bağlı OPEK+ sazişinin qüvvəyə minməsinə dünya birjaları neft qiymətlərinin artımı ilə reaksiya verdi. Xüsusilə, “Brent” markalı neftin iyul ayı fyuçersləri bir barel üçün 27.05 dollara qədər yüksəlib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, indiki qiymət artımı birbaşa bazardakı real vəziyyətlə bağlı deyil. Bu, bazara verilən müsbət impluslarla bağlıdır:

“Neft bazarlarının tənzimlənməsi ilə bağlı 2016-cı ildən bəri OPEC və müttəfiq dövətlərin Vyana sazişi ən uğurlu formatdır. Çünki zaman-zaman bazarda balansın təmin edilməsini əsas götürərək bu və ya digər şəkildə bazara intervent edilib və bazar iştirakçı dövlətlər tərəfindən tənzim olunubdur.  Toyuqlu pizza

Bildirim  ki, indiki qiymət artımı birbaşa bazardakı real vəziyyətlə bağlı deyil. Bu qiymət artımı bazara verilən müsbət impluslarla bağlıdır. Çünki mayın 1-dən iyunun sonunadək  OPEC və müttəfiq dövlətlərin Vyana sazişinin şərtlərinə əsasən, birinci mərhələli kəsinti planı olacaq, ondan sonra növbəti iyul ayında 2020-ci ilin dekabr ayının sonunadək ikinci mərhələli  kəsinti planı həyata keçiriləcək və sonra 2021-ci ildən 2022-ci ilin  aprel ayının 30-dək üçüncü mərhələli kəsinti planı həyata keçiriləcək. Bu, o  deməkdir ki, qlobal neft bazarlarının hələ  tənzimlənməsi ilə bağlı kifayət qədər problemlər var”. 

Ekspert bazarın qısa müddətdə tənzimlənməsinin qeyri-mümkünlüyünün səbəblərini də açıqlayıb:

“Birinci problem pandemiyanın doğurduğu nəticələrdir ki, bu, dünyanın  bütün ölkələrində həm  işgüzar aktivliyi, həm də istehsal aktivliyini kəskin şəkildə aşağı salıb. Ona  görə də həm xam neftə, həm də neft məhsullarına tələbat kəskin şəkildə aşağı düşüb. Digər bir səbəbi də odur ki, stasionar anbarlarda, yəni bütün anbar mərkəzlərində kifayət qədər tələbatdan artıq neft həcmləri mövcuddur. Eyni zamanda  bütün anbar mərkəzlərində sərbəst güclər demək olar ki, tükənmək üzrədir. Həmçinin üzən gəmilərdə həm tələbatdan artıq neft həcmləri, həm də neft məhsulları həcmləri mövcuddur. 

Birinci bu sahədə sərbəst güclər təmin edilməlidir. Strateji və kommersiya təyinatlı neft ehtiyatlarında azalmalar baş verməlidir. Bütün bu  sahələrdə neftin saxlanılması və nəqli ilə bağlı sabit vəziyyət yaradılmalıdır ki, neft sənayesi düzgün fəaliyyət göstərə bilsin. Neft emalı zavodları müəyyən gəlirlə işləyə bilir. Ona görə də bu mərhələli plandır”. 

Ekspert hesab edir ki, may ayının 1-dən  iyul ayının 1-dək  OPEC və mütəffiq dövlətlər öhdəliklərinə götürdükləri kəsintilərlə bağlı kvotalarına normal əməl etsələr, bazarın qarşıdakı aylarda tənzimlənməsinə münbit zəmin yaranacaq.

Həmsöhbətimiz həmçinin diqqətə çatdırıb ki, biz digər iştirakçı dövlətlər kimi, mayın 1-dən iyunun sonuna kimi 23 faiz kəsintiyə gedəcəyik:

“Azərbayana gəldikdə isə Azərbaycanın gündəlik öhdəliyi 164 min barreldir. Bunun bir hissəsi Azəri-Çıraq- Günəşli yataqlar blokunun payına düşür. SOCAR-ın verdiyi məlumata görə, may ayının 1-dən Açəri-Çıraq-Günəşli yataqlar blokunda gündəlik hasilat hardasa 76 min barrel aşağı salınmalıdır, kəsintilər olmalıdır. 

Digər həcmlər “AzNeft” və onun aktivində olan neft-qaz çıxarma idarələrinin öhdəliyinə düşür. Bu həcm gündəlik 17 min barrelə yaxındır. Azərbaycanla bağlı məlumatları əsasən, mətbuat verir, ona görə də informasiya elə də geniş deyil. Digər qalan kəsintilər isə Azərbaycanın quru yataqlarında fəaliyyət göstərən birgə müəssisələrin öhdəliyindədir. Əməkdaşlıq bəyannaməsinə görə, biz digər iştirakçı dövlətlər kimi, mayın 1-dən iyunun sonuna kimi gündəlik hasilatın 23 faizini azaltmalıyıq. Baza xətti 2018-ci ilin oktyabr ayı əsasında götürülüb. Həmin dövrdə  Azərbaycanda sutkalıq neft hasilatı həcmlərinə uyğun bizdə kvota tətbiq ediblər. 

Həmin o kvotaya görə  də biz may-iyun aylarında 23 faiz kəsintiyə gedəcəyik, iyul ayının 1-dən ilin sonuna kimi isə biz 18 faiz kəsintiyə getməklə bağlı öhdəlik götürmüşük. 2021-ci ildən 2022-ci ilin aprelin sonuna kimi isə kəsinti ilə bağlı öhdəliyimiz 14 faizdir”. 

Zəfər Vəliyev vurğulayıb ki, bu gündən başlayan kəsintilərə çox qısa müddətdə nail olunmayacaq:

“Tutaq ki, Azərbaycan 164 min barrel, Rusiya mayın 1-dən 2.5 barrel kəsintiyə gedəcək. Bu necə ola bilər? Axı bu, mümkünsüzdür. Bu ancaq və ancaq mərhələli olacaq, çünki bu gündən etibarən götürülən öhdəliyi yerinə yetirmək faktiki olaraq mümkün deyil. Bunun bir neçə səbəbləri var. Texniki səbəblərdi. 

Məsələn, Rusiyanın aktivində 180 mindən yuxarı quyu var. Bunların böyük əksəriyyəti Rusiyanın sərt iqlim qurşağına düşür. Həmin  iqlim qurşağında qısa müddətdə hasilatı aşağı salmaq faktiki olaraq real deyil. Çünki bu quyularda mürəkkəb texnoloji quruluş var. Kəsintiləri belə sürətlə həyata keçirmək birinci ətraf-mühitin  temperaturu ilə, ikinci isə quyunun geoloji quruluşu ilə bağlıdır. Yəni burada çox ciddi problemlərlə üzləşəcəklər.

Mən düşünürəm ki, may ayının 1-dən ayın sonuna kimi öhdəlikləri tam həyata keçirmək bir çox dövlətlər, o cümlədən Rusiya, Qazaxıstan üçün çətin olacaq”.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!