Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başladılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başladılar

Rəsmi

17 Sentyabr 2024 18:53 1288


Bu il Azərbaycanın Oman və Tailanda səfirləri təyin edilib və onlar artıq fəaliyyətə başlayıblar.

Yenisabah.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki missiyalarının gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub: pizza

"Bununla yanaşı, Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərinin sayının artırılması da əsas prioritetlərdən olub. 2023-cü ildə yeni diplomatik missiyaların açılması işi davam etdirilib. Azərbaycanın Slovakiyada (Bratislava şəhərində) səfirliyi təsis edilib. 29 mart 2023-cü il tarixində ölkəmizin İsraildə (Tel-Əviv şəhərində) səfirliyinin açılış mərasimi keçirilib. Bununla yanaşı, Azərbaycanın Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisi fəaliyyətə başlayıb".

XİN sözçüsü bildirib ki, Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 91-ə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!