8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı Naxçıvan TV hərbçi qadınlar haqda maraqlı videosüjet hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, xəbərdə Əlahiddə Ümumqoşun Ordunda xidmət edən xanımlar haqda danışılıb. Bildirilir ki, son illərdə qadınların hərbi sahədə fəaliyyət göstərməsi halı sürətlə artıb.
“Qadın hər nə qədər zərif cinsin nümayəndəsi olsa da, mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi və mülki qulluqçu qadınlarımız da öz hüquq və vəzifələrini dərk edərək xidmətlərini Nizamnamələrin tələbləri səviyyəsində yerinə yetirirlər” – deyə süjetdə qeyd olunur. Marqarita pizza
Videonu təqdim edirik:
Telegram kanalımız