Azərbaycanın tanınmış rejissoru vəfat etdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın tanınmış rejissoru vəfat etdi - Foto

Mədəniyyət

17 Yanvar 2021 14:17 2129


Görkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib. 

Yenisabah.az bildirir ki, Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub.

1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu və fortepiano sinfində musiqi təhsili aldığı Bakıya köçüb. Pepperoni pizza

Nazim Rza İsrafiloğlu sənədli film istehsalı sahəsində "Odlu məmləkət" "Neft və cahan savaşı", "M.M.Axundzadə" iki hissəli sənədli film, "Ermənilər. Fariseyzmin anatomiyası" (2008), "Neft" kimi görkəmli əsərlər yaradıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!