Azərbaycanın "tender qəhrəmanları": Bir adamın adına 200, bir ünvanda 355 şirkət...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın "tender qəhrəmanları": Bir adamın adına 200, bir ünvanda 355 şirkət...

İqtisadiyyat

23 Fevral 2020 15:11 1982


Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olan və büdcə vəsaitlərinin mənimsənilməsində xüsusi rol alan tenderlərin, satınalmaların bir çox hallarda saxta, qurama şirkətlər tərəfindən qazanılması heç kimə sirr deyil. Əksər hallarad belə şirkətlər "tender qəhrəmanlarının" özlərinin deyil, bu işdən heç bir anlayışı olmayan kənar şəxslərin adlarına qeydiyyatdan keçirilir. Bu səbəbdən çox vaxt bir fiziki şəxsin adına onlarla, hətta yüzlərlə şirkət qeydə alınır. Həmçinin, bir ünvana çoxlu sayda şirkət qeydiyyata götürülür. Lakin nədənsə, həmin şirkətləri qeydə alan dövlət qurumları bunun açıq-aşkar saxtakarlıq olduğuna məhəl qoymurlar. Doğrudur, qanunla bir ada, yaxud bir ünvana hansı sayda şirkət açılması ilə bağlı yəqin ki, qadağa yoxdur. Lakin reallıqda bu hal dövlət orqanlarında şübhə yaratmaya bilməz. Ancaq görünür, belə şirkətlərin özlərinə görə "arxa-dayağı" var, bu səbəbdən onların şübhəli fəaliyyətinə göz yumulur… "Yeni Sabah" xəbər verir ki, belə şirkətlər və fiziki şəxslərlə bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı məlumatlar paylaşıb. Bu məlumatlardan belə aydın olur ki, Azərbaycanda bir fiziki şəxsin adına 199 şirkət, bir ünvanda isə 355 şirkətin qeydə alınması kimi faktlar var. Jurnalist iddia edir ki, həmin şirkətlər əsasən dövlət qurumlarının keçirdikləri tenderləri saxta yollarla qazanmaq və büdcə vəsaitlərinin mənimsənilməsi üçün açılıb. Həmin paylaşımları diqqətinizə çatdırırıq: "Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? Bu şəxslərin bəzilərinin o şirkətlərdən heç xəbəri yoxdur. AĞARƏHİM MƏMMƏDOV QƏRİBŞAH OĞLU 199 şirkət ALLAHYAR MİRZƏYEV ADAŞİL OĞLU 186 şirkət TEYMUR ƏLİYEV MÖMİN OĞLU 181 şirkət MEHMAN MİRZƏLİYEV CANMİRZƏ OĞLU 143 şirkət ƏLƏDDİN CABBARLI NURƏDDİN OĞLU 139 şirkət HİKMƏT TAĞIYEV ƏDALƏT OĞLU 131 şirkət ŞAMİL QANDAYEV RAMAZAN OĞLU 128 şirkət ELVİN ƏSGƏROV CƏMİL OĞLU 125 şirkət ƏBİLFƏZ MƏMMƏDOV İNŞALLA OĞLU 123 şirkət FƏRQAN CƏFƏRLİ ETİBAR OĞLU 122 şirkət MİSKİN HÜMBƏTOV İBRAHİM OĞLU 109 şirkət ƏLİABBAS İMANOV AĞABƏY OĞLU 104 şirkət Aşağıdakı ünvanlarda hüquqi qeydiyyatda olan şirkətlərin sayına diqqət yetirin. Böyük əksəriyyəti büdcə sökən tenderlərdə istifadə olunan saxta şirkətlərdir. BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 1, m. 46 355 şirkət BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89 213 şirkət BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, AZƏR MANAFOV, ev 14, m. 54 207 şirkət MINGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1151, m. 1 140 şirkət BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 15, m. 10 120 şirkət BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2 114 şirkət SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 27, m. 39 108 şirkət BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6 100 şirkət Qaynarinfo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!