Azərbaycanın Xalq artisti Qremmi mükafatına namizəd seçildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Xalq artisti Qremmi mükafatına namizəd seçildi - Fotolar

Mədəniyyət

27 Oktyabr 2022 20:08 1748


Beynəlxalq Qremmi mükafatının 2023-cü ilin siyahısına daxil olan albomlar seçiminin nəticələrinə əsasən “Fikrət Əmirov 100” albomu Grammy Səsyazma Akademiyasının Lonqlist siyahısına daxil olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gələcək nəticələrdən asılı olmayaraq artıq pianoçu Yeganə Axundova "Grammy balloted" artist adını qazanıb. pizza mizza

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” diski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. İfaçı – pianoçu, Respublikanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, səs rejissoru Nazim Kərimovdur. “Fikrət Əmirov 100” diski rəqəmsal olaraq “Apple Music”, “Spotify”, “Yandex Music”, “Vk Music”, “Boom”, “YouTube Music”, “Tidal”, “Deezer”, “Shazam” kimi platformalarda yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!