Azərbaycanın xalq artisti vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın xalq artisti vəfat etdi

Mədəniyyət

16 Sentyabr 2022 21:39 2455


Azərbaycan mədəniyyətinə itki üz verib.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Vaqif Abutalıbov 73 yaşında vəfat edib.

Vaqif Abutalıbov 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb. pizza

Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayan yaradıcılıq yolu daha sonra “Qaya” vokal-instrumental ansamblı ilə davam edib. Onun fəaliyyətinin ən parlaq dövrü Rəşid Behbudovun rəhbərlik etdiyi ansamblla bağlıdır. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini tanıtma missiyasına xidmət etmiş V.Abutalıbov daha sonralar Azərbaycan Dövlət Televiziyasının Estrada Orkestrində çalışıb.

Onun yaradıcılığının mühüm bir dövrü isə Müdafiə Nazirliyinin Hərbi Orkestri ilə bağlıdır.

V.Abutalıbov Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq bilinib.

Mərhum sabah Yasamal qəbristanlığında torpağa tapşırılacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!