"2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işləri intensivləşdiriləcək və inanırıq ki, rusiyalı turistlər Azərbaycana hər dəfə gəldikdə yeni fərqliliklər kəşf edəcəklər".
"Yeni Sabah" xəbər verir ki, bu barədə fevralın 22-də Rusiyanın Moskva şəhərində keçirilən “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar”da Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Tədbirdə Rusiya bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim olunub və mətbuat konfransı keçirilib. Ölkəmizin yalnız istirahət turizmi bölgəsi kimi deyil, o cümlədən işgüzar turizm məkanı kimi də diqqət cəlb etməsi faktı qeyd olunub. pizza
20-yədək yerli turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, razılaşmalar əldə olunub.
Məlumat üçün bildirək ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva şəhərində rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir.
Telegram kanalımız