“Azərbaycanla dialoqa getmək lazımdır” - Arayik niyə yumşalıb?

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla dialoqa getmək lazımdır” - Arayik niyə yumşalıb?

Siyasət

31 Yanvar 2023 17:50 1907


Qarabağdakı separatçı qurumun “dövlət naziri” Ruben Vardanyan yerli sakinlərlə görüşü zamanı Azərbaycanla yarana biləcək yeni hərbi münaqişəni istisna etməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib. 

Erməni nəşrinin iddiasına görə, onun bu fikri separatçıların digər liderləri tərəfindən etirazla qarşılanıb:  pizza hut

“Bu fikrə etiraz edənlərdən biri “Artsax lideri” Arayik Arutyunyandır. O, bildirib ki, hazırda “Artsax”da Ermənistandan daha çox silah olsa da, müharibədən qaçmaq və Azərbaycanla dialoqa getmək lazımdır”.  

Arutyunyan onu da əlavə edib ki, bugünkü müharibə Qarabağ və Qarabağ erməniləri üçün son səhifə ola bilər: 

“1 milyonluq türk ordusu ilə döyüşmək mümkün deyil. Çünki onlar bu gün Aknadadırlar (Ağdam)”. 

Müstəqil siyasətçi Azər Qasımlı isə düşünür ki, bu gün istər Qarabağda, istərsə də Ermənistandakı ermənilər arasında Rusiyaya qarşı münasibət ciddi şəkildə dəyişib. 

Onun sözlərinə görə, bu qarşıdurma da onun nəticəsidir ki, Araik Arutyunyan Rusiyaya qarşı çıxıb: 

“Çünki onun münasibəti Rusiyaya qarşı yaxşı deyil və o, çox yaxşı anlayır ki, Ruben Vardanyan da Rusiya tərəfindən Qarabağa gətirilən adamdır. Təbii ki, onların əsas problemlərinin kökündə məhz bu məsələ dayanmaqdadır”. 

Siyasətçiyə görə, Qarabağdakı separatçı rejim arasındakı qüvvələr müharibəsinin yekun nəticəsini proseslər göstərəcək, lakin bir şey məlumdur ki, Rusiya Ruben Vardanyanı bölgəyə elə-belə gətirməyib. 

A.Qasımlının fikrincə, rusların bölgədə tam güvəndikləri adam yoxdur deyə, onlar Vardanyanı oyuna daxil etdilər: 

“Məsələnin ikinci tərəfi odur ki, Rusiya Ruben Vardanyanı siyasi karyerasını Qarabağda qurmaq üçün gətirməyib. Rusiya Vardanyana tamamilə başqa missiyalar verib. Ruslar, həmçinin, ona, əgər Ermənistanda sistem dəyişərsə, Baş nazir postunu belə vəd ediblər və məqsəd də budur. Onun oynayacağı əsas rol bu hesab olunur”. 

Analitik hesab edir ki, ona görə də Rusiya Vardanyana sona qədər istər Qarabağda, istərsə də Ermənistanda dəstək verəcək: 

“Bu baxımdan, Araikin gücünü ciddi dəyərləndirmirəm. Eləcə də Rusiya nə vaxtsa bölgədən gedəndən sonra onun yerinə başqa bir kontingent bölgəyə gələcəkmi, ya yox, bunlar hamısı gələcəyin məsələsidir. Amma hazırda Qarabağdakı iplər Rusiyanın əlindədir”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!