“Azərbaycanla oyunda 3 xal qazanmalıyıq” – Xorvatiya millisinin qapıçısı 

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla oyunda 3 xal qazanmalıyıq” – Xorvatiya millisinin qapıçısı 

İdman

04 Sentyabr 2019 10:27 1253


“Hazırlığımız çox yaxşı gedir. Millidə əla atmosfer var. Hər zamankı kimi”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının qapıçısı Dominik Livakoviç ölkəsinin mətbuatına açıqlamasında deyib.

Futbolçu  AVRO-2020-nin seçmə mərhələsinin sentyabrın 6-da Slovakiya, 9-da Azərbaycana qarşı keçiriləcək matçlarından danışarkən maksimum xalı toplamağı düşündüklərini bildirib: pizza hut

“AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna görə də hər iki oyundan 6 xalı qazanmalıyıq. Bu oyunlar bizim üçün çox vacibdir. Nəticə isə oyunu necə qurmağımızdan asılı olacaq. Slovakiya əla oynayır, yaxşı hücumları var, ancaq biz məğlubiyyət haqqında düşünmürük. Hər iki oyuna qələbə üçün gedirik. Qapının mənə tapşırılıb-tapşırılmamasından asılı olmayaraq, əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 6-da Slovakiya, 9-da isə yığmamızın qonağı olacaq.

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!