“Azərbaycanla oyunu səbirsizliklə gözləyirik” -   Uelsli futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla oyunu səbirsizliklə gözləyirik” - Uelsli futbolçu

İdman

05 Sentyabr 2019 08:26 989


“Yeni bir başlanğıc üçün yaxşı oynayan futbolçulardan ibarət komandamız var. Cümə günü meydanda olmağı hamımız səbirsizliklə gözləyirik”.

“Yeni Sabah” xəbər  verir ki, bu sözləri  Uels milli komandasının üzvü Tom Lourens AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirəcəkləri oyun haqqında danışarkən deyib. Futbolçu Uels mətbuatına açıqlamasında AVRO-2020-yə vəsiqə qazanmaq istədiklərini bildirib:

“Bizim komanda yaxşı futbolçulardan təşkil olunub. Beyl dünyanın ən yaxşılarından biridir. Uels üçün meydanda ola biləcəyi hər bir matç əlavə bonusdur. O, meydanda olanda komandaya həmişə kömək edir. Lakin hər şeyi də onun üstünə yükləyə bilmərik. Digər futbolçular da əllərindən gələni etməlidirlər. Zədə səbəbindən AVRO-2016-nın final mərhələsindən kənar qaldım. Növbəti böyük turnirdə oynamaq istəyirəm. Uzun yol qət etmişəm və final mərhələsinə düşmək üçün həvəsliyəm”. Sezar pizza

Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!