Azərbaycanlı doktorantın Türkiyədə Qarabağla bağlı kitabı nəşr olunub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı doktorantın Türkiyədə Qarabağla bağlı kitabı nəşr olunub

Maraqlı

19 Avqust 2021 10:53 977


Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Jurnalistika kafedrasının azərbaycanlı doktorantı Nurlan Salamovun Türkiyədə kitabı nəşr olunub.

Yenisabah.az xəbər verir ki, kitab İkinci Qarabağ müharibəsi vaxtı Türkiyənin əsas diskussiya verilişlərinin yayımlandığı kanallar olan “Habertürk” və “CNN Türk”də efirə getmiş bölümlərin analizinə həsr olunub və üç fəsildən ibarətdir.

Birinci fəsildə ritorika və diskussiya nəzəriyyəsi ilə onların tarixindən bəhs edilir. İkinci fəsildə Dağlıq Qarabağ münaqişəsinin tarixi, mərhələləri, I və II Qarabağ müharibələri, onların beynəlxalq jurnalistika ritorikasında əksini tapması, xüsusilə Türkiyə mediasının yanaşması yer alıb. Marqarita pizza

Üçüncü fəsildə isə seçilmiş televiziya kanallarındakı proqram bölümlərinin analizi verilib.

Əsər müəllifin doktorantura seminarı mətninin təkmilləşdirilmiş və əlavələr edilmiş versiyasıdır.

Ümumi həcmi 184 səhifə olan kitabda mövzu ilə bağlı cədvəl və fotolar da aydınlandırıcı xarakter daşıyır.

Əsərin hazırlığı 2020-ci ilin oktyabrından başlanıb.

Əsas elmi tədqiqat metodları olaraq ritorika analizi, semiotika və kontent analiz götürülüb.

Qeyd edək ki, bu, müəllifin sayca ikinci kitabıdır. “15 iyul” və media” adlı ilk kitabı 2018-ci ildə Bakıda nəşr olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!