Azərbaycanlı ekstrasens Moskvada güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı ekstrasens Moskvada güllələndi

Kriminal

25 Oktyabr 2019 07:54 2496


Tanınmış ekstrasens Nadim Alixanov güllələnib.

"Yeni Sabah" bildirir ki, Baku.ws-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.

Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib. pizza mizza

Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.

Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı BAKU.WS-ə təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!