Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı gənc qız asılmış vəziyyətdə tapıldı

Hadisə

19 Noyabr 2019 10:52 1104


Rusiya Federasiyasının İnquşetiya Respublikasının Nazran şəhərində mağazaların birində asılmış vəziyyətdə olan qız meyiti tapılıb.

"Yeni Sabah" bildirir ki, hadisə barədə ilk məlumat sosial şəbəkələrdə yayılıb.

Yerli sakinlər bildiriblər ki, asılmış vəziyyətdə tapılan qız onlarla tanış idi. Cəsədin üç gün asılı vəziyyətdə qaldığı qeyd edilib. Eyni zamanda, qızın mağazanın girişində müxtəlif əşyalar satdığı və azərbaycanlı olduğu barədə məlumatlar verilib. Marqarita pizza

Qızın ölümünün kriminal xarakter daşıyıb-daşımadığını isə kompetent orqanlar aydınlaşdıracaq.

İnquşetiya Daxili İşlər Nazirliyi isə baş verən hadisəni hələ də şərh etmir.

İnsidentin detalları dəqiqləşdirilir./Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!