Azərbaycanlı gənclər “Bayraktar” şirkətində süni intellekt üzərində işləyirlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı gənclər “Bayraktar” şirkətində süni intellekt üzərində işləyirlər

Maraqlı

02 Oktyabr 2023 15:17 307


Azərbaycanlı gənclər “Bayraktar Technology Azərbaycan” şirkətində süni intellekt üzərində işləyirlər.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu TEKNOFEST-in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selcuk Bayraktar deyib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatları ilə bağlı texnologiyaları inkişaf etdirmək üçün Azərbaycanda “Bayraktar Technology Azərbaycan” şirkəti yaradılıb: “Orada Azərbaycan gəncləri süni intellekt üzərində işləyirlər. Bu pilotsuz təyyarələrin avtomatik uçmasını təmin edən proqram təminatıdır və ən mühüm texnologiyadır. Biz bunu qabaqcıl avtomatlaşdırma adlandırırıq. Azərbaycanlı qardaşlarımız İstanbuldadırlar, tezliklə bura gələcəklər". Marqarita pizza

S. Bayraktar qeyd edib ki, Türkiyənin Kosmik Agentliyi Azərbaycanın Kosmik Agentliyi ilə sıx əməkdaşlıq edir: “Yüksək texnologiyada da Azərbaycan güclənəcək. Biz gənclərimizin belə fəaliyyətlərdə gələcəyə iz qoyacaq layihələrdə birgə çalışmalarına önəm veririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!