Azərbaycanlı həkim axtarışa verildi - İnsan alverinə görə

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı həkim axtarışa verildi - İnsan alverinə görə

Kriminal

01 Avqust 2019 19:24 2067


Azərbaycan hüquq-mühafizə orqanları “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlının cinayət işi üzrə daha bir tanınmış həkimi İnterpol xətti ilə axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, iranlı cərrah-transpantoloq Tahiri Mahmudi Mohsen insan orqanlarının və ya toxumalarının qanunsuz transplantasiyasında təqsirli bilinir. Sezar pizza

Azərbaycan hüquq-mühafizə orqanları Tahiri Mahmudi Mohsen barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, adıçəkilən həkim İranda "Xomeyni xəstəxanası"nda fəaliyyət göstərib. Bakıda pasiyentlər arasında daha çox Mohsen Tahiri kimi tanınıb.

O, Azərbaycanda qanunsuz böyrək transplantasiyası ilə məşğul olub. İranlı cərrahım əməllərindən zərərçəkən bir qrup vətəndaşın işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Tanınmış cərrah Fərman Ceyranlının da adı həmin cinayət işində keçir.

APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!